Faiqdən küsülü olan Brillianta: “Dediyim bu sözləri ona çatdıracaqlar” – VİDEO 

Hazırda oxunan: Faiqdən küsülü olan Brillianta: “Dediyim bu sözləri ona çatdıracaqlar” – VİDEO 

188720

“Allah bircə balasını saxlasın, toy qismət etsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Sənətçi illərdir küsülü olduğu həmkarı Xalq artisti Brilliant Dadaşovaya efir vasitəsi ilə barışıq əli uzadıb: 

“Bilirəm ki, dediyim bu sözləri ona çatdıracaqlar. Heç bilmirdim ki, bu sualı alacağam. Bundan sonra nə olacaq bilmirəm. O da qarşılıq versə, nə gözəl. Demək, Azərbaycan incəsənətində dostluq var. Niyə də birlikdə verilişdə qonaq olmayaq?” 

Qeyd edək ki, B.Dadaşova verilişlərin birində F.Ağayevin adını eşidən zaman “Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O, çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm” sözlərini dilə gətirmişdi. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin