"Babək adında bir övladım var. İkinci övladı istəməmişdik. Problem olduğu üçün həkim uşağı bətnimdən götürməyə qərar verdi. Ondan sonra ikinci övladım olmadı. Ağır yük qaldırmışdım. Bu səbəbdən daxili orqanlarımda zədə aşkarlanmışdı. Həkim məsləhət gördü ki, uşağı dünyaya gətirməyim".
Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova qonaq olduğu "7 tamam" verilişində deyib.
Ailədə səkkiz uşaq olduğunu söyləyən sənətçi bildirib ki, oğlu Babək ikinci övlad istəmir: "Çox istərdim ki, dörd övladım olsun. Özüm ailədə səkkiz uşaq olmuşuq. Yəni beş bacı, üç qardaş. Qardaşımın biri dünyasını dəyişib. Çoxuşaqlı ailələri çox sevirəm. Ailədə uşaqların çox olması gözədir. Biri digərinin paltarı ilə böyüyür. Onlar bir-birinə qarışırlar. Bunun axı nəyi pisdir? Mən qardaş-bacılarımla valideynlərimin yanında yatmaq üçün dava edirdim.
Oğlum Babək ailəlidir. Onun Renat adında bir oğlan övladı var, amm ikinci övladı istəmir. Problem yoxdur, sadəcə Babək özü istəmir. Deyəndə ki, uşaq olsun, özüm baxacağam, yenə də razılaşmır. Hər cürə bu mövzuda ona söz versəm də, o gülüb keçir. Deyir ki, “zəmanə çətindir, birdən ikinci övlada baxa bilmərik”. Amma məni oğlum "yola verir".
Rəşad Əliyev, Bizim.Media