“Bir kişi olaraq mənimçün qadın qədər baxımlı görünmək anlayışı yoxdur. Açıq və rahat-rahat deyə bilirəm bu sözü. Düzdür, kimsə deyə bilər ki, hər kəsin öz işidir, bu, ayrı məsələ. Mənimçün kişi elə kişidir. Kişinin kişi görünüşü var. Baxımlılıq başqa şeydir. Əli, barmağı, dırnağı, saqqalı formada olsun. Bu dərəcədə olmalıdır"
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yaşar Yusub qonaq olduğu "Düzünə qalsa" verilişində deyib.
Sənətçi həmcinslərinin görünüşlərinin plastik və estetik əməliyyatla dəyişdirmələrinə bu sözlərlə münasibət bildirib:
"Kişinin geyimi mənim kimi olmalıdır. Qadın qədər baxımlı olmaq gərək deyil. Plastik əməliyyat edənlər də var. Yaşı 50-ni keçib. Buna ehtiyac var. Aşırı pis görünürsə, edə bilər.
Deyək ki, 28-40 yaşarası problem yaranıbsa, edə bilər. Lazım deyilsə, görünüşünü satma.
Özündən oyun çıxartma. Darıxır, deyir, “nə edim ki, maraqlı olsun?” Belə həmkarlarımı görəndə utanmasam da, narahat oluram”.
Rəşad Əliyev, Bizim.Media