"Uşaqlığın son gecəsi"nin Muradı yeni kitabını TƏQDİM ETDİ - FOTO

Hazırda oxunan: "Uşaqlığın son gecəsi"nin Muradı yeni kitabını TƏQDİM ETDİ - FOTO

188022

Xalq artisti Ənvər Həsənov "Xatirələr" adlı yeni kitabını təqdim edib.

Bizim.Media xəbər verir ki, 74 yaşlı sənətkarın ərsəyə gətirdiyi memuarın nümayişi Nizami Kino Mərkəzində baş tutub.

Ölkəmizin teatr və kino xadimlərinin iştirakı ilə keçirilən təqdimatda aktyor “Uşaqlığın son gecəsi” filmində yaratdığı Murad obrazından sonra ona “qutu-qutu sevgi məktubları” gəldiyini etiraf edib.
Kitabda Ə. Həsənovun xatirələri, dostluqları, yaradıcılığı, eləcə də şəxsi həyatı barədə maraqlı fraqmentlər yer alıb. Memuarda 60-cı illərdən üzü bəri Azərbaycan kinosunun inkişaf tarixi əks olunub.

Gecədə Xalq artistləri Hacı İsmayılov, Valeh Kərimov, Əbdül Mahmudbəyov, Rafiq Əzimov, Xalidə Quliyeva və digər məşhurlar çıxış edərək Ənvər Həsənovla bağlı xoş xatirələrini bölüşüblər. Onlar aktyoru "Xatirələr" adlı kitabının işıq üzü görməsi münasibəti ilə də təbrik ediblər. Ə.Mahmudbəyov isə bu memuarın ikinci hissəsini də yaratmasını həmkarından istəyib.

Təqdimatda həmçinin Ənvər Həsənovun çəkildiyi "Yeddi oğul istərəm", "Dərviş Parisi partladır", "Babək", "Atları yəhərləyin", "Uşaqlığın son gecəsi" filmlərindən fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun "Xatirələr" adlı memuarını kitabsevərlər paytaxtın bir sıra kitab mağazalarından əldə edə bilərlər.

















Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin