Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Əməkdar mədəniyyət işçisi, "SOY production”un təsisçisi Oqtay Əliyevlə son yazışmasından söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Zarafat bir yana" verilişində ona ünvanlanan sualı cavablandırarkən danışıb.
"Yazışmanı kiminsə görməsini istəmirəm. Son sözümüz o idi ki, həmin gün biz bağda ağaclar üçün dərman gətizdirmək istəyirdik ki, daha gözəl çiçəklənsinlər. Yazmışdı ki, "Səadətin yadına sal, Rusiyaya gedib oradan gübrə gətirsin". Mən də ona yazdım ki, "Səadətlə danışmışıq, narahat olma, artıqlamasıyla gətirib". O da mənə əl işarəsi göndərmişdi", - deyə Dilarə vurğulayıb.
Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, Abşeron rayonu ərazisində onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində 54 yaşlı Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Rəşad Əliyev, Bizim.Media