Azərbaycan Televiziyasiyasının (AzTV) keçmiş aparıcısı Ceyran Rəhimova həmkarını efirdə tənqid edib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu qonaq olduğu “O üz” verilişində aparıcıların şou xətrinə verilişlərdə xoşaqəlməz hərəkətlər nümayiş etmələrinə etiraz edib.
“Bir aparıcı ki, verilişinə gələn qonağın əyləşdiyi divan və ya kreslonun qoltuğunda əyləşirsə, onu artıq oradan düşürmək mümkün olmur.
Mən onu dəvət olunan qonağı hörmətsizlik hesab edirəm. Aparıcının öz yeri, oturuşu və özünü düzgün şəkildə aparması olmalıdır. Aparıcı verilişdə səmiyyət yaradır. Onun bu etdiyi isə səmimiyyət deyil. Şounu mən də və hər bir başqa aparıcı da yarada bilər. Amma bunu da müəyyən çərçivədə və etiket qaydalarını gözləyərək etmək lazımdır”, - deyə C.Rəhimova bildirib.
Rəşad Əliyev, Bizim.Media