"Atam (mərhum müğənni Rüfət Mehdiyev - red.) getməzdən bir neçə müddət əvvəl idi ki, onu görmürdüm. Həmin gün atamla görüşməli idim. O zaman litseydə oxuyurdum, dərsə də getməmişdim ki, axır ki, uzun müddətdən sonra onunla görüşəcəyəm. O vaxt "ANS" kanalında "Günəbaxan" verilişi var idi. Səhər oyandım ki, mənə çoxlu zənglər gəlib. Elə bildim ki, dərsə getməməyimlə bağlıdır. Sonra xalam zəng vurdu ki, bəs atandan xəbərin var? Söylədim ki, yox, nə olub? Dedi ki, heç nə, atan xəstəxanadadır, bu gün səninlə görüşə bilməyəcək".
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva "Retro Baku" verilişinə müsahibəsində deyib.
Zemfira bildirib ki, valideyni ilə həmin gün görüşə gedəcəyini planlaşdırsa da lakin televiziyadan onun ölüm xəbərini eşidib:
"Yataq otağımdan mətbəxə baxan pəncərə var idi. Gördüm ki, atam verilişdə oxuyur. Xalama dedim ki, ata televiziyada oxuyur. Atam xəstəxanada deyil. Bu haqda yayılan xəbərlər isə yalandır. Bir də gördüm ki, mahnı kəsildi və dedilər ki, Rüfət Mehdiyev dünyasını dəyişib. Səhər tezdən idi, təsəvvür edin xəbəri eşitdim, dəhşətə gəldim. Həmin an burnumdan qan açıldı. Saatlarla onu saxlamaq mümkün olmadı. Çox dəhşət idi. Mən atamdan doymadım. Uşaqlığımda da onunla çox vaxt keçirə bilmədim və tez itirdim. İndiyə qədər də onun boşluğunu həyatımda hiss edirəm. Kaş ki, sağ olardı, yanımızda olardı. Onu sadəcə qucaqlayardım. Bir var insan xəstədir, bilirsən ki, əlindən heç nə gəlmir. Amma bizdə elə olmadı. Bir gün səhər oyanırsan, atanla görüşə getməyə hazırlaşırsan və atan artıq yoxdur. Təsəvvür edin görüşmək yerinə, onun cənazəsinə gedirsən".
Qeyd edək ki, R.Mehdiyev 13 il əvvəl 2011-ci ildə gecə saat 03:00 radələrində dünyasını dəyişib. Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1992-ci ildən müğənnilik karyerasına başlayıb. "Space" Televiziyasında hazırlanmış "Qış Nağılı" (2004) və "Baharın Nağılı" (2008) filmlərində rol alıb. Onun ilk evlilikdən 2 qız, ikinci nikahından isə 1 qız, 1 oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:58 / 14.04.2024
Rüfət Mehdiyevin qızı: "Görüşəcəyimiz gün, atamın cənazəsinə getdim"
Hazırda oxunan: Rüfət Mehdiyevin qızı: "Görüşəcəyimiz gün, atamın cənazəsinə getdim"
Hazırda oxunan: Rüfət Mehdiyevin qızı: "Görüşəcəyimiz gün, atamın cənazəsinə getdim"
187150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.