Dilarə Əliyeva buna görə aparıcı kimi toylara getmir

Hazırda oxunan: Dilarə Əliyeva buna görə aparıcı kimi toylara getmir

187059

Əməkdar artist Dilarə Əliyeva el şənliklərində (toylarda - red.) aparıcılıq etməməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Göstərir radio” verilişində danışıb.

D.Əliyeva bildirib ki, dilə gətirdiyi söz onun üçün qazancdan daha önəmlidir:

“Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemətdir, dürrdür, zərdir, cəvahiratdır. Mənim qarşımda yemək-içmək olduğu halda, mütləq mənada mən daha çox yeməyə üstünlük verəcəm, diqqət orada olacaq. 

Söz özü özlüyündə ayrı bir nemətdir, yemək də ayrı nemətdir. İki neməti bir araya sığışdırmaq olmaz. Cüneyt Arkının bu yaxında bir müsahibəsi keçdi əlimə. Deyir “Mənim atam həyatda hər şeyə öz dəyərini verən adam idi. Musiqiylə yeməyi eyni vaxtda etməzdi. Yeməyi ayrıca yeyim, musiqiyə ayrıca qulaq asdım ki, iki ləzzəti bir-birinə qarışdırmayım”. Mən də o iki neməti bir-birinə qarışdıra bilmərəm. Mən söz danışım, uçsun getsin havaya, kimsə orada dana basdırma yeyir. Heç bir maddiyyat mənim üçün sözdən o yana deyil”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin