Dünya pop səhnəsinin ulduzu Rihannanın “Interview” dərgisi üçün rahibə obrazıda qalmaqallı fotosessiyası başına bəla olub.
Bizim.Media xəbər verir ki, 36 yaşlı sənətçi dini təhqir etməkdə günahlandırılıb.
Ulduzun şəkilləri altında yüzlərlə qəzəb dolu şərhlər yazılıb. Rihannanı bu fotosessiya ilə “dini ələ salmaq”da ittiham ediblər.
“Mən Rihannanı sevirəm, amma dini fikirlərin seksuallaşdırılması ilə bağlı bu vəsvəsəni heç vaxt başa düşmədim”, “Rihannanın dini təsvirlərin yanlış məqsədlər üçün istifadə etməsi yolverilməzdir”” kimi şərhlər yazılıb.
Qalmaqallı obrazı ilə bağlı yazılan rəyləri görməzdən gələn ulduz nəşrə verdiyi müsahibəsində sinəsindən söz açıb.
Müğənni bildirib ki, əvvəlki sinəsini bərpa etdirmək üçün plastik əməliyyat etdirməyi düşünür:
“Sinəmin əvvəl ki kimi çiyinlərimə sıxılmasını istəyirəm. Amma ora implant qoydurmaq istəmirəm. Sadəcə sinəmi əməliyyatla qaldırmaq istəyirəm”.
Rəşad Əliyev, Bizim.Media