Müğənni Elton Hüseynəliyev həmkarı Günel Məhərrəmovanın “”Azəri star" mahnı yarışmasında haqqıma girmişdilər. Sözügedən müsabiqədə birinci yerə çıxanda o yerin haqqını verdim.
Rəhmətlik İlhamə Quliyeva müsabiqədə məni birinci etdi. O qədər söylədi ki, bu qıza səs verməyin. Amma xalq əksinə daha çox mənə səs verdi. İnsanlar sanki acığa düşdü və mənə səs verdilər. Nədənsə, İlhamə Quliyeva istəmirdi ki, mən yarışmada birinci olum. O istəyirdi ki, müsabiqədə oğlan qalib gəlsin” fikirlərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Günellə sözügedən müsabiqədə birincilik uğrunda mübarizə aparan Elton bu haqda “Sözbaz” maqazin verilişinə müsabihəsində danışıb.
Hüseynəliyev bildirib ki, Məhərrəmova yarışmada qalib gəlməyə layiq olmayıb:
““Azəri star” mahnı yarışmasının 3-cü turunda müsabiqənin münsiflərindən biri olan Əməkdar artist Teymur Əmrah mənə söylədi ki, “Sizə dərs dediyimi efirdə söyləyə bilərsiniz?” Mən də onun adını efirdə çəkdim və bundan sonra aləm dəydi bir-birinə.
Həmin yarışmanın digər münsifi mərhum Xalq artisti İlhamə Quliyeva dedi ki, Elton səni müsabiqədə birinci etmək istəyirdik. Amma Teymurun adını çəkməklə sən düzgün etmədin. Mən də ona cavab olaraq söylədim ki, İlhamə xanım, çox sağ olun. Amma Allah məni “Azəri star” etsin. İlhamə xanımın mənim həm “Azəri star”da, həm də bu sənətdə olmağımın çox böyük zəhməti və haqqı var.
Amma qaldı ki, Günel Məhərrəmovanın “İlhamə xanım “Azəri star” müsabiqəsində qalib olmağımı istəmirdi” fikirlərinə...
Bu, İlhamə xanımın Günellə şəxsi qərəzliyindən irəli gələn məsələ deyil. Günel özü də bilirdi ki, o, müsabiqədə birinci olmağa layiq deyildi. İlhamə xanım deyirdi ki, müsabiqədə ya mən, ya Ayaz Qasımov ya da ki, Nuran Növrəsli olsun. Məsələ bununla əlaqəli idi... Amma qismətdən artıq yemək olmaz. Sən Güneli də o yarışmada dəstəkləyənlər var idi. Özün də bilirsən mən nəyi deyirəm. Müsabiqədə oldun “çempion”, maşallah”.
Rəşad Əliyev, Bizim.Media