Müğənni Ülviyyə Namazova “YouTube” video platformasında son zamanlar “trend”ə çevrilən “Qoşa çinarlar” mahnısından qazandığı qonorarı açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ülviyyə qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.
Ü.Namazova bildirib ki, İsrail Məmmədovun müəllifi olduğu bu nəğmədən 700 min manat pul qazanıb:
“Qoşa çinarlar” mahnısı mənə 700 min manata qədər pul qazandırıb. O pula isə mən Bakı şəhərində “Ağ şəhər” və “Vorovski” adlanan ərazidə ev almışam. Bu bəstənin müəllifi İsrail Məmmədova məxsusdur. Onunla müqavilə imzalamışıq, qol çəkib və nəğmənin icazəsini verib.
Gördü ki, bu mahnı mənim ifamda uğurlu alınıb, efirlərdə və sosial şəbəkələrdə haqqımda xoş olmayan hətta təhqir dolu ifadələr işlədib. Bundan sonra ona qarşı qəlbim qırıldı. Hazırda da İsrail Məmmədovla münasibətimiz yoxdur”.
Rəşad Əliyev, Bizim.Media