Röyadan Elnarəyə: “Ailəm sənin haqqımda dediklərindən stress keçirir” - VİDEO

Hazırda oxunan: Röyadan Elnarəyə: “Ailəm sənin haqqımda dediklərindən stress keçirir” - VİDEO

186202

Xalq artisti Röya Ayxan həmkarı Elnarə Xəlilovanın onun ünvanına atdığı atmacalara cavab verib. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda “Xəbər-ətər” verilişinə müsahibəsində danışıb. 

Röya bildirib ki, Elnarənin onun haqda səsləndirdiyi qalmaqallı fikirləri görməzdən gəlsə də, lakin valideynlərinə bunlar çox pis təsir edir: 

“Bir gün Elnarə ilə üzbəüz gələndə yapışacağam onun boğazından ki, harada və kimlə danışıb ki, mənim onunla ədavətim var. Qətiyyən bu belə ola bilməz. Biz o qədər mehriban olmuşuq ki, olar bir dəfə dava etmək. Amma bu davanın da bir səbəbi yoxdur (gülür). Sevirəm, sevəcəyəm... Mənim üçün Elnarə əzizdir. Heç kim də bizim münasibətlərə qarışmasın. Özümüz bilərik. Elnarə mənim özümünküdür də...

Ona qarşı heç bir neqativ hissim yoxdur. Onun dediklərini çox rahat qəbul edirəm. Amma ailəm və sevənlərim Elnarənin dediklərini xoş qarşılamır. Bunu da Elnarə bilsin! Ailəm onun haqqımda dediklərindən böyük stress keçirdi. O gün fikir verdim ki, Novruz bayramı efirlərində Elnarənin ifası səslənəndə atam özünü yaxşı hiss etmədi. Sənin evdəkilərin məni çox istəyir. Mən səni başa düşürəm amma evimdə olan yaşlı nəsil səni düzgün başa düşmür”. 
Qeyd edək ki, Elnarə Xəlilova keçmiş “W-trio”qrupunun digər üzvləri Xalq artisti Röya Ayxan, müğənni Natavan Həbibi eyni zamanda həmkarı Səidə Sultanla danışmır. 

Onlar arasında artıq uzun müddətdir ki, “soyuq küləklər əsir”. İfaçılar zaman-zaman müsahibələrində bir-birinin ünvanına xoşagəlməz sözlər və ağır ittihamlar səsləndiriblər.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin