Türkiyənin məşhur pop müğənnisi Sərdar Ortac növbəti dəfə Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu gün sənətçi Bakıda ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı ilə çıxış edib.
Musiqi ziyafətindən sonra S.Ortac aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədovla sarayın kulisində bir araya gəlib.
Hacı Nuran Sərdarla olan görüşü xatirəyə çevirmək üçün ifaçı ilə fotolar çəkdirib. Diqqətçəkən məqam isə Ortacın ayaq üstə deyil, əlil arabasında olması olub.
Bununla yanaşı, pop ulduzun olduqca yorğun halı və bitkin üz ifadəsi nəzərdən yayınmayıb. Hacı Nuran əlil arabasında əyləşən Sərdar Ortacı qucaqlayıb.
Bu şəkilləri isə N. Məmmədov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:52 / 05.04.2024
Hacı Nuran Bakıda konsert verən Sərdar Ortacın əlil arabasında FOTOLARINI paylaşdı
Hazırda oxunan: Hacı Nuran Bakıda konsert verən Sərdar Ortacın əlil arabasında FOTOLARINI paylaşdı
Hazırda oxunan: Hacı Nuran Bakıda konsert verən Sərdar Ortacın əlil arabasında FOTOLARINI paylaşdı
185882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.