Elnarə Xəlilova: "Ailədə uşaq çox olanda hər şeyi qarışdırırsan" - VİDEO

Hazırda oxunan: Elnarə Xəlilova: "Ailədə uşaq çox olanda hər şeyi qarışdırırsan" - VİDEO

185532

Müğənni Elnarə Xəlilova qızı Burlaxatunla bağlı açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media bu haqda sənətçi qonaq olduğu "Günaylı gün" verilişində deyib.

Burlaxatunun 11-ci sinifdə oxuduğunu söyləyən Elnarə bildirib ki, hazırda o universitetə qəbul olmağa hazırlaşır:

"Qızım Burlaxatun 11-ci sinifdə oxuyur. O və digər uşaqlarım boyda məndən hündürdülər (gülür). Burlaxatunun 17, böyük oğlumun 15, ortancıl oğlumun 13, kiçik oğlumun isə 8 yaşı var. Artıq onlar özlərini idarə edəcək yaşdadırlar. 

Qızım qardaşlarına nəzarət edir. Amma ona çox da imkan vermirəm çünki, indi universitetə hazırlaşır. İlk imtahanını qızım verib. Amma imtahanın nəticələrinin açıqlamasından heç xəbərim yoxdur. 

Martın 17-də oğlum Tuğar imtahan verib. Çünki onda buraxılış sinifi idi. Ailədə uşaq çox olanda belə olur... Başlayırsan hər şeyi qarışdırmağa (gülür)".
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovla ailəli olan Elnarənin bu nikahından 4 övladı var. Elnarə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanıdır.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin