ABŞ-a köçən keçmiş “Dəyirman” qrupunun üzvü Elmir Teymur 1983-cü ildə dünyasını dəyişən babası Məhərrəmov Cəlil Ələsgər oğlu ilə bağlı kövrək paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi Laçında uyuyan babasının məzarının videosunu sosial şəbəkə hesabında paylaşıb.
Elmir sözügedən görüntülərə “30 il işğal altında qaldıqdan sonra Laçında babamın qəbri bu gün salamat durur. Özümə ziyarət etməyə nəsib olsun”.
Qeyd edək ki, Laçın rayonu 2020-ci il dekabr 1-də erməni işğalından azad olunub.
Rəşad Əliyev, Bizim.Media