Martın 22-də Moskvada “Crocus City Hall”da baş verən dəhşətli terror hadisəsinə görə konserti təxirə düşən Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında videoaçıqlama yayıb. 
Bizim.Media xəbər verir ki, sənətçi mayın 16-da yenidən “Vegas City Hall”da pərəştişkarları ilə görüşəcəyini bildirib.   
“Moskva konsertimizin vaxtını mayın 16-na dəyişdik. Yaşananları hamı ilə birgə yaşadıq və hamı da bunu gördü. Mayın 16-sı görüş yerini dəyişmədən sizi gözləyəcəyəm. Görüşmək ümidi ilə sizi öpürəm”, - deyə Röya vurğulayıb. 
 
Rəşad Əliyev, Bizim.Media
 
					

























































































