“Mənim deputat olmağa çox böyük şansım var idi. Bir dairəyə söhbət yayılmışdı ki, namizədliyini buradan verəcək. Namizədliyini həmin dairəyə vermək istəyən şəxslər bu addımlarından geri çəkilmişdilər. Onlar kifayət qədər savadlı və iş bacaran şəxslər idilər. Onlar bilirdilər ki, mən namizədliyimi verdimsə, qalib olacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “YouTube”da yayımlanan “Künc-bucaq” verilişinə müsahibəsində deyib.
Sənətkar bildirib ki, millət vəkili olmaq niyyətində deyil:
“Hər kəs öz yerini tanımalıdır. Dəfələrlə demişəm və yenə də deyəcəyəm, sənətimə olan hörmət mənə çox böyük şanslar verib. İndi onu ehtiyacı olan insanlar üçün xərcləyirəm. Yəni iş, ev və sairə problemlərə görə... Sağ olsunlar, hamısına şamil etmirəm, o kresloda oturan bəzi igid oğullar ki, onlar sənətkarı başa düşürlər. Sənətkar ona zəng edibsə, özü üçün deyil, Məmməd, Əli, Pirvəli üçün zəng edib. Onlar mənim xahişimi yerə salmırlar. Bu da mənim vətəndaşa hörmətimdir. Bununla da fəxr edirəm”.
- A-
- A
- A+
Şoutaym
13:48 / 02.04.2024
Afaq Bəşirqızı: “Deputat olmaq istədiyimi eşidənlər namizədliyini geri götürmüşdülər” – VİDEO
Hazırda oxunan: Afaq Bəşirqızı: “Deputat olmaq istədiyimi eşidənlər namizədliyini geri götürmüşdülər” – VİDEO
Hazırda oxunan: Afaq Bəşirqızı: “Deputat olmaq istədiyimi eşidənlər namizədliyini geri götürmüşdülər” – VİDEO
185292
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.