2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal qızı Jasminə doğum günü keçirib.
Bizim.Media xəbər verir ki, bunun üçün İngiltərədə yaşayan övladı Bakıya gəlib.
Nigar Jasminin 18 yaşı tamam olması münasibəti ilə sürpriz hazırlayıb.
Məclisdən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Camal “Jasminimi 18 yaşı tamam olması münasibəti ilə təbrik edirəm. Ona nə qədər səni sevirəm desəm də, daha çox sevirəm. 18 yaşın - bu hələ başlanğıcdır. Ulduzlara çatmağa davam et və heç zaman parıldamaqdan əl çəkmə” sözlərini yazıb.
Qeyd edək ki, Nigarın Jasmindən savayı Səidə adlı daha bir qızı var.
Rəşad Əliyev, Bizim.Media