Mətanət sevdiyi şəxsdən DANIŞDI: "Onunla ailəli kimiyəm, gecə-gündüz yanımdadır" - VİDEO

Hazırda oxunan: Mətanət sevdiyi şəxsdən DANIŞDI: "Onunla ailəli kimiyəm, gecə-gündüz yanımdadır" - VİDEO

184943

"Heç kimin qulu, köləsi ola bilmərəm. Sevsəm tabe ola bilərəm. İndi eləyəm... Aşiqəm! İndiyə kimi aşiqsiz heç qalaram? (gülür)"

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Hazırda həyatında böyük eşq yaşadığını etiraf edən sənətçi sevdiyi şəxsin xasiyyətindəki keyfiyyətlərindən və qayğısından bəhs edib:

"Qorxuram sevdiyim şəxsi tərifləyim, sonra zayı çıxsın. Məndən fərqli olaraq hazırda sevdiyim şəxs məni çoxdan tanıyır. O, çox mədəni, savadlı, alicənab, tərbiyəli, diqqətcil və sözün əsl mənasında "insan" adamdır. Amma onun başqa "üzü" də var... Aman-aman... Xanımla necə rəftar etmək lazımdırsa, onda var. Həm də mənim kimi bir xanımla: kaprizli və çətin xasiyyətli. Əslində mən buna kapriz və çətin xasiyyət söyləməzdim. Mən sadəcə hər şeyin yaxşısı və düzgün olmasının tərəfdarıyam. Niyə? Çünki bunlardan çox yaxşı başım çıxır. 

Evdarlıq deyirsən var, xanımlıq deyirsən göz qarşısındadır, təmizlik deyirsən, xəstəsiyəm, insanlığımı da hamı bilir, gözəl olmağım da göz önündədir. Mən demirəm ki, dünya gözəliyəm. Amma Allah mənə bu gözəlliyi bəxş edib. Zövqüm də hamıya məlumdur. 

Məni heç kimsə çaşdıra və təəccübləndirə bilməz. Bunların hamısını yaşamışam və hazırda da yaşayıram. Mənə qarşı yalnız düz olmalısan. Kişisənsə, əsl kişi olmalısan. Onun xasiyyətində olan keyfiyyətlərinin hamısını desəm, göz dəyər ona"

M.Əsədova bildirib ki, sevdiyi şəxslə ailəli kimidir:

"Uzun müddət ailə qurmaq istəyirdim. Deyəsən elə elədir... Qoy bunun adına "ailə" deyək. Bir yerdə yaşayıb-yaşamadığımı deyə bilmərəm. O, iç dünyamdır. O qapıları bağlamışam. Məni bu münasibət qane edir. Özü də lap çox. Hər şeyin yerini bilən insandır. Sevdiyim şəxs gecə - gündüz yanımdadır. Yanımda olmasa da mənimlədir. O deyir ki, “səni gözümdən kənara buraxa bilmərəm”. Söhbət budur..."
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin