“Bir mahnım var ki, bu gün də ondan dolanıram. Digər mahnım isə 100 obyektə dəyər. Söhbət 1998-ci ildə bəstələdiyim “Son vida” və 2002-ci ildə bəstələdiyim “Tənha” nəğmələrimdən gedir. Mənim “Son vida” mahnım artıq bir həftədən çoxdur ki, “TikTok” video platformasında “trend”dədir. Bunu isə mənə gözəllik salonunda çalışanlar deyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Sənətçi bildirib ki, illər əvvəl bəstələdiyi mahnılar onu bu gün də qazanc gətirir:
“Mənə bu mahnılarımdan ruzi gəlir. Bir mahnıma görə pərəstiş edənlərdən biri evimin qapısını döyüb, telefon yollayır mənə. Hərdən olur ki, oturduğum yerdə bir digər mahnıma görə, mənə azuqə göndərirlər”.
- A-
- A
- A+
Şoutaym
13:51 / 30.03.2024
Elza: “Bəstələdiyim mahnılar 100 obyektə dəyər, onlarla dolanıram” – VİDEO
Hazırda oxunan: Elza: “Bəstələdiyim mahnılar 100 obyektə dəyər, onlarla dolanıram” – VİDEO
Hazırda oxunan: Elza: “Bəstələdiyim mahnılar 100 obyektə dəyər, onlarla dolanıram” – VİDEO
184872
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.