Sevda: “Evdə iki dayə ilə birlikdə yaşayırıq” - VİDEO

Hazırda oxunan: Sevda: “Evdə iki dayə ilə birlikdə yaşayırıq” - VİDEO

184849

“Ərim Zakirlə mənim çəkim arasında indi çox az fərq var. Əvvəlki çəkimə qayıtmaq üçün arıqlayacağam. Məndə arıqlamaq alınır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. 

Sənətçi bildirib ki, qızlarına baxan iki dayə ilə evdə birgə yaşayır: 

“İdmana yeni başlamışam. Bu günə qədər zamanım yox idi. Çünki yeni doğulan körpəm Aidaya özüm baxırdım. Hazırda iki dayəmiz var. Onlar bizimlə yaşayırlar. Gecə-gündüz uşaqlara baxırlar. İndi işlərimlə rahat məşğul ola bilirəm. Evdə iki yad insanın evdə olması isə çox çətindir. Hərdən özümə deyirəm ki, “Seva, bunlar hamısı müvəqqətidir”. Dayələrimiz qohum deyillər, yaddırlar. Çox yaxşı insanlardır, hər iki uşağımızı da çox istəyirlər”. 

Qeyd edək ki, həkim-genetik Zakir Bayramovla evli olan Sevda Yahyayevanın Ayla və Aida adlı iki qız övladı var. 
 

Rəşad Əliye, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin