"Elə bilməyin ki, mənə birdən-birə bu günlərə gəlib çıxmaq çox asan başa gəlib. Bizim də çətin günlərimiz olub".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "İncə səhər" verilişində deyib.
Sənətçi bildirib ki, bir sıra iş adamları mahnı yazıb pul müqabilində oxumasını istəsələr də o, buna razılaşmayıb:
"O qədər olub ki, hansısa iş adamı kefinə düşüb, mahnı yazıb deyib ki, “pul müqabilində bunu oxu”. Sizcə mənim o pula ehtiyacım olmayıb?! Amma mən o puldan da mahnıdan da imtina etmişəm. Demişəm ki, pul qazanmasam belə, daha keyfiyyətli mahnı oxuyacağam. Hamımızın çətin günləri var.
Bəzən müğənnilər haqqında deyirlər ki, “filankəs yaxşı oxumağı bacarır, amma özü belə mahnılar (bayağı nəzərdə tutur - red.) ifa edir ki, pul qazansın”. Bu, daha pisdir. Bir var ki, bilirsən ki, bu müğənni bundan artığını bacarmır və çıxıb bunu təqdim edir. Bir də var ki, daha yaxşı mahnılar bacarır, amma ifa etdiyi başqa cür nəğmələrlə tamaşaçıların və dinləyicilərin zövqünü korlayır. Bu lap pisdir və betərdir".
- A-
- A
- A+
Şoutaym
21:32 / 29.03.2024
Lalə: "İş adamı pul müqabilində mahnısını oxumağımı istəsə də, bundan imtina etmişəm" - VİDEO
Hazırda oxunan: Lalə: "İş adamı pul müqabilində mahnısını oxumağımı istəsə də, bundan imtina etmişəm" - VİDEO
Hazırda oxunan: Lalə: "İş adamı pul müqabilində mahnısını oxumağımı istəsə də, bundan imtina etmişəm" - VİDEO
184786
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.