Tom Kruz milyonçu sevgilisindən onun keçmiş ərinə görə AYRILDI 

Hazırda oxunan: Tom Kruz milyonçu sevgilisindən onun keçmiş ərinə görə AYRILDI 

184711

Dünyaca məşhur 61 yaşlı Hollivud aktyoru Tom Kruz sevgilisi, keçmiş rusiyalı deputatın qızı 36 yaşlı Elsina Xairovadan onun keçmiş əri, iş adamı Dmitri Tsvetkova görə ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda aktyora yaxın mənbə “Page Six” nəşrinə məlumat verib. 

Aktyorun komandasının fikrincə, Tsvetkovun mətbuatda keçmiş arvadı ilə bağlı açıqlaması Kruzun reputasiyasına və işinə təsir göstərmək gücünə malik olub. 

“Tom hazırda filmə çəkilir. Xairovanın keçmiş əri hər dəfə mətbuatda Tomun adı çəkiləndə nələrsə danışırdı. Tom və Elsina bir neçə həftədən bir xoşagəlməz bir şeylə qarşılaşan keçmiş ərlə məşğul olmaq istəmədikləri üçün ayrılmaq qərarına gəldilər”, - deyə insayder bildirib. 

Tsvetkov “Daily Mail” nəşrinə Elsinanın aktyorla romanını şərh edib. Müsahibəsində o, Kruzu “sevimli aktyor” adlandırıb və onun çəkildiyi “Geniş qapalı gözlərlə” erotik janrda olan filminə 30 dəfədən çox baxdığını açıqlayıb.

Tsvetkov, həmçinin əlavə edib ki, Hollivud prodüseri olan bir dostu ilə onun həyatından bəhs edən filmdə Kruzun onu canlandırması barədə danışıb: 

“Prodüserə dedim ki, məni oynaya biləcək yeganə aktyor Tom Kruzdur. Təxminən eyni boyda və çəkidəyik və bu baş versəydi, mən bundan şərəf duyardım. Məni oynaya biləcək digər birini düşünə bilməzdim. Ümid edirəm ki, bir gün bu layihəni müzakirə etmək üçün onunla görüşə biləcəyəm”. 
Tsvetkov, həmçinin müsahibəsində Kruza xəbərdarlıq edib ki, keçmiş həyat yoldaşı yaxşı həyatı sevir və o, çoxlu pul xərcləməli olacaq. Tsvetkovun sözlərinə görə, o, 11 illik evliliyi zamanı keçmiş arvadı üçün geyimə 12 milyon dollardan çox, çantaya isə təxminən 2,5 milyon dollar xərcləyib və boşanma nəticəsində təxminən 200 milyon dollar itirib. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin