Əməkdar artist Nüşabə Ələsgərli İran əsilli fitnes məşqçisi, həyat yoldaşı Məhəmmədrza Məhəmmədi ilə evliliklərindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Xeyirli axşam” verilişində danışıb.
Həyat yoldaşı ilə arasında 7 yaş fərq olduğunu söyləyən sənətçi bildirib ki, çoxları oğlu yaşda kişiyə ərə getdiyini deyib onu qınayırlar:
“Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm. Haqqımda deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib. Aramızda yaş fərqi isə cəmi 7 ildir. Amma belə deyə-deyə biz artıq 18 ildir ki, bir yerdəyik. 20 yaş kiçik olanlar var, heç dillənmirlər”.
Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media