Rusiyalı ulduzlar “Crocus”dakı qurbanlar üçün xeyriyyə albomu yazdırdılar - VİDEO

Hazırda oxunan: Rusiyalı ulduzlar “Crocus”dakı qurbanlar üçün xeyriyyə albomu yazdırdılar - VİDEO

184558

Rusiya şou-biznesinin ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət “Səsimi eşit” xeyriyyə albomunu yazdırıblar.  

Bizim.Media xəbər verir ki, sənətçilər öz layihəsi ilə dəhşətli hadisələrdən sonra insanlara dəstək olmaq və onların dərdindən qurtulmalarına kömək etmək qərarına gəliblər. 

Albomda 12 trek var. Albomda Xalq artisti Emin Ağalarov, Basta, “Mary Gu”, Vanya Dmitrienko, Nəvai Bəkirov, Lyusya Çebotina, “Macan”, Stas Mixaylov, Polina Qaqarina, “Lyube”, “HammAli”, Vladimir Presnyakov, Valeriya, “Three Days of Rain”, Mona, Elman, Amirçik , “Loc–Dog”, “Scirena, Yulia Parşuta, The Limba, Toni, Sevilla, Miravi, Merab Amzoevi və Fedor Bondarçukun mahnıları yer alıb.  
“Strimminq” platformaları dinləmələrdən əldə edilən bütün gəliri martın 22-də baş vermiş terror aktında həlak olanların və yaralananların ailələrinə göndərəcək. 

Xatırladaq ki, “Crocus City Hall”dakı konsert zalı azərbaycanlı müğənni Müslüm Maqomayevin adını daşıyıb.

 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin