“O zamanlar vaqonda yaşayan məcburi köçkünlər bizdə yuxarıda yaşayırdılar. Biz onlara qonaq gedəndə elə bilirdik ki, onlar villada yaşayırlar. Biz çadırda yaşayırdıq. Vaqon isə əla idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu “10-da görüşək” verilişində deyib.
Sənətçi yaşadığı məcburi köçkün həyatının çətinliklərindən söz açıb:
“Dostum Rüfət o gün danışıb deyir ki, səhər yuxudan oyanırdım görürdüm ki, sağ əlim palçığın içindədir. Yağış gəlirdi, yatdığımız yerdə bizi yuyub, aparırdı. Anam vedrə qoyurdu ki, göydən yağan yağış üstümüzə deyil, ora axsın. Biz belə böyümüşük. Bunları heç zaman danışmamışam. Danışanda isə kövrəlirəm. Bu, həyatımın maraqlı anları idi. Bütün bunlara rəğmən biz xoşbəxt idik. İşığımız yox idi. Oyunlar oynayırdıq”.
Qeyd edək ki, Zamiq Hüseynov Füzuli rayonundan məcburi köçkün düşüb.
- A-
- A
- A+
Şoutaym
13:52 / 27.03.2024
Zamiq: “Çadırda yatdığımız yerdə yağış bizi yuyub aparırdı” - VİDEO
Hazırda oxunan: Zamiq: “Çadırda yatdığımız yerdə yağış bizi yuyub aparırdı” - VİDEO
Hazırda oxunan: Zamiq: “Çadırda yatdığımız yerdə yağış bizi yuyub aparırdı” - VİDEO
184386
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.