Kseniya Sobçakdan valideynlərini konsert zalında itirən uşaqlara bir milyon yarımlıq YARDIM - FOTO

Hazırda oxunan: Kseniya Sobçakdan valideynlərini konsert zalında itirən uşaqlara bir milyon yarımlıq YARDIM - FOTO

184356

Rusiyanın məşhur telejurnalisti Kseniya Sobçak “Crocus City Hall”da baş verən terror aktından sonra yetim qalan yeniyetmələrə yardım edəcək. Martın 22-də axşam saatlarında Vasya və Mişa Sokolovluların valideynləri terror aktı zamanı həlak olub. İndi oğlanlar əmilərinin yanındadırlar. Bundan əlavə, Varya və Vova Dorofeyev bacı-qardaş valideynsiz qalıblar. İndi onların yalnız bir nənəsi var. 

Bizim.Media xəbər verir ki, terror aktından dərhal sonra Kseniya “Telegram” kanalında məktəblilərə kömək edəcəyinə söz verib. Onların bank hesablarına külli miqdarda pul köçürüb. 

“Crocusda valideynlərini itirmiş uşaqların ailələrinə 1,5 milyon köçürdüm: Vasya və Mişa Sokolov, Varya və Vova Dorofeyev. Biz artıq əlaqə saxlayırdıq, amma dünən ağır gün idi və bu gün mən oğlanların dayısı Stanislavla, sonra ikinci oğlanların nənəsi İrina Vyaçeslavovna ilə danışdım”, - deyə Sobçak yazıb. 

Bundan əlavə, jurnalist uşaqların yaxşı universitetlərə daxil olmasına köməklik edəcəyinə söz verib. 

“Maddi yardımdan əlavə, təhsil baxımından uşaqlara qəyyumluq edəcəm: pullu universitetlərə, lazım gələrsə repetitorlara kömək edəcəyəm. Varyanın artıq 14 yaşı var, Vasya 10-cu sinifində oxuyur, Mişa ilə Vovanın da məzun olmasına çox vaxtı yoxdur. Ailə daxilində nə seçəcəklərindən asılı olaraq pulunu ödəyib yaxşı məktəblərə və yaxşı universitetlərə yerləşdirəcəyəm”, - deyə Kseniya vurğulayıb.

Jurnalist qeyd edib ki, uşaqları çətin sınaq - valideynlərinin dəfn mərasimi gözləyir və təbii ki, indi onların gələcək planlarına vaxtları yoxdur. 

“Ancaq vaxtı gələn kimi yenə orada olacağam”, - deyə Sobçak yazıb. 

Kseniya bank sənədlərinin şəkillərini yayımlayıb. Ödəniş qəbzlərə diqqət yetirəndə jurnalistin hər ailəyə 800 min rubl köçürülməsi üzə çıxıb. 

Son məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı 139 nəfərin həyatına son qoyub. Konsert zalına daxil olan terrorçular tamaşaçılara atəş açıb və bir neçə partlayış törədiblər, bundan sonra binada güclü yanğın başlayıb. Martın 23-də FTX-nin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə “Crocus”da terror aktının hazırlanmasında və həyata keçirilməsində iştirak edən 11 nəfərin saxlanılması barədə məruzə edib. Martın 24-ü Rusiyada milli matəm günü elan edilib. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin