Aparıcı Günay Baxşəliyeva efirdə əsəbiləşib.
Bizim.Media xəbər verir ki, Günay aparıcısı olduğu "Zaurla Günaydın" verilişində həyat yoldaşı Zaur Baxşəliyevin apardığı "Bizimləsən" ictimai-sosial verilişində danışıb.
Günay bildirib ki, Zaurun proqramında edildiyi qədər yardım digər verilişlərdə yoxdur:
"Mən başqa verilişləri də izləyirəm. Uzun müddət ATV-nin baş redaktoru kimi çalışmışam. Belə bir vərdişim var ki, bütün proqramlarla bağlı məlumatım olmalıdır. Həyat yoldaşım olduğu üçün demirəm. Amma Zaurun "Bizimləsən" verilişi uzun müddətdir yayımlanır. Onun komandasının hər həftə yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb. Mən açıq şəkildə deyirəm. Kiminsə sözü varsa, bizdə siyahı var. Azərbaycanın elə bir bölgəsi, ucqar kəndi yoxdur ki, oradan bir ailənin üzvünə kömək edilməsin".