“Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. Mən o qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib”.
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova qonaq olduğu “Zarafat bir yana” verilişində deyib.
Aytən bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir:
“Hər bir səhv insana Allahdan verilən imtahandır. Bir dəfə verirsən, sonra düzəltmək mümkün deyil. Həmişə iki çıxış olur. Bu gün hansı qapını seçirsənsə, gələcəkdə yolların bağlı ya da açıq olacaq. Ondan asılıdır. Mən ən çox efirdə qadınları müdafiə edirəm. Bir cümləmlə belə insanın təfəkkürü dəyişirsə, mənim üçün izah olunmazdır”.
Rəşad Əliyev, Bizim.Media