Cici Hadid və Bredli Kuper Nyu-Yorkda yenidən əl-ələ GÖRÜNTÜLƏNDİLƏR – FOTO 

Hazırda oxunan: Cici Hadid və Bredli Kuper Nyu-Yorkda yenidən əl-ələ GÖRÜNTÜLƏNDİLƏR – FOTO 

184124

Artıq hisslərini ictimaiyyət arasında gizlətməyən model Cici Hadid və aktyor Bredli Kuper Nyu-Yorkda görüşərkən növbəti dəfə görüntüləniblər. 

Bizim.Media xəbər verir ki, 49 yaşlı Hollivud ulduzu və 28 yaşlı supermodel "Broadway"də teatr binasından çıxarkən əl-ələ paparazzilərin obyektivinə tuş gəliblər. 

Hər ikisi də qara dəri gödəkçə geyinib. Bredli yol boyunca telefonla danışıb. Cici yüksək belli qəhvəyi şalvar və eyni tonda köynək seçib. Həmin köynəyin altına isə model ağ "tshirt" geyinib. Hadid görünüşünü kəmər və qara "loafers" ilə tamamlayıb. 
Qeyd edək ki, Bredli Kuperlə Cici Hadidin eşq münasibəti ötən payızda paparazzilər sayəsində məlum olub.

Cütlük bir neçə dəfə fotoqraflar tərəfindən lentə alınıb, lakin ulduzlar münasibətlərini gizli saxlamağa çalışıb. Daha əvvəl insayderlər modellə aktyor arasında münasibətlərin yaxşı getdiyini və onların hər iki qızının iştirakı ilə bir araya gəldiyini bildiriblər (Cicinin qızı Zeyn Malikdən, Bredlinin qızı isə İrina Şeykdəndir). Sosial şəbəkə əhli isə ulduzlar arasındakı münasibətə inanmır və onların özlərini bu yolla reklam etdiklərini söyləyirlər. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin