Zamiq: "Kim məndən narahatdırsa, gəlsin qarşıma, sözünü desin" - VİDEO

Hazırda oxunan: Zamiq: "Kim məndən narahatdırsa, gəlsin qarşıma, sözünü desin" - VİDEO

183871

"Mən çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana  söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə "söz atmaq" deməkdir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu "10-da danışaq" verilişində deyib.

Sənətçi ad çəkmədən onun arxasıyca efirdə xoşagəlməz fikirlər səsləndirən həmkarlarına cavab verib:

"Hərdən aparıcılardan da inciyirəm. Bir ifaçıya söz deyəndə onu başa salıb sonra demək lazımdır. Baxıram ürəyim qırılır. Mən danışan və ya kiməsə söz deyən və ya nəyəsə görə zəng edən insan deyiləm. Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda və sözünü desin. Şəxsən mən heç kimdən narahat deyiləm. Kiminsə də sözü məni narahat etmir. 

Mənə sosial şəbəkədə kiminsə haqqında nəsə danışmaq yaraşmaz və ya mənə əli çatmayan bir insan haqda efirdə çıxıb nələrsə danışım... Buna mənim ailə tərbiyəm imkan vermir".
Qeyd edək ki, bir müddət əvvəl Kərim Abbasov qonaq olduğu verilişlərdə bildirib ki, Zamiq gözəllik salonların birində onun haqqında neqatif fikirlər səsləndirib. Buna qəzəblənən Kərim Zamiqi hədələyib. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin