Aybəniz Haşımovadan qızı Aynişana: "Bilsəydim, səni bu dünyaya gətirməzdim..."

Hazırda oxunan: Aybəniz Haşımovadan qızı Aynişana: "Bilsəydim, səni bu dünyaya gətirməzdim..."

183633

“Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşananlar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.

Müğənni bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşımında onun ad gününü təbrik edib:

“Axı necə unuda bilərəm həyatımın ən böyük sevgisinin doğulduğu günü, saatı, anı... 20 martdan 21 marta keçən gecə 1991-ci il, gecə 01:30 da... Sən demə, illərlə sənə gəlirmişəm səndən, özümdən xəbərsiz. Sən demə, elə səni sevmək üçün gəlmişəm dünyaya səndən, özümdən xəbərsiz. Əslində, belə bir imkanım olsa idi, bu dünyanın əsl üzünü tanısa idim, nə səni gətirərdim bu dünyaya, nə də ki, özüm gələrdim...Amma nə edək.. Daha gəlmişik. Bəlkə, yaxşıların xətrinə gəlmişik nə bilim... Bəlkə xatirlər xatirinə bağışlamalıyıq bu dünyanı nə bilim... Əsas odur ki, ömrümdə sən varsan. Yaradandan ən böyük mükafatım “yavrum”. Bir ricam, nəsihətim, son arzum - xoşbəxt ol”.

Aynişan isə anasının paylaşımına “Ana, sözlərin çox dəyərlidir. Yaxşı ki, varsan, səni sevirəm” cavabını verib.









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin