Əməkfar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində ilk sevgisindən söz açıb.
Kərimova bildirib ki, sevərək ailə qurmayıb: "Məktəb vaxtlarımda sevdiyim bir oğlan olub. Amma biz qovuşmamışıq. Əvvəllər oğlanın bir qıza "Səni sevirəm" deyə bir şeylər yox idi. Biz bir-birimizi uzaqdan sevirdik. Mənim qurduğum ailə sevgi ilə olmayıb".
Qeyd edək ki, Könül Kərimova bir dəfə ailə həyatı qurub. Onun bu nikahdan Rəşad və Ləman adlı iki övladı var.
Rəşad Əliyev, Bizim.Media