“Dado ilə boşansam da dost münasibətindəyik. Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinin sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi bildirib ki, o, repçi həyat yoldaşı Səid Əliyev (Dado) boşansa da, lakin oğulları Zeydə görə dost kimi münasibətlərini davam edirlər:
“Dado ilə münasibətlərimizdə artıq o nöqtəyə gəlib çatmışıq ki, bölüşməyə, araşdırmağa da, bir-birimizi günahlandırmağa da bir şeyimiz yoxdur. Bizdə hər şey aydındır. Ona görə biz əl-ələ verib yavaş-yavaş uşağımızı böyüdürük. Biz övladımıza gözəl şeylər yaşatmağa çalışırıq. Oğlumuz bizim münasibəti gözəl görməlidir ki, biz bir-birimizə hörmətlə baxa bilək. Təki belə də davam olsun”.
Qeyd edək ki, bir müddət əvvəl Səid Əliyev (Dado) “Natavanla münasibətim yaxşıdır. Uşağımın anası da, anasının bacısı da övladımı padişah balası kimi böyüdüb saxlayırlar. Arada aramızda sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Natavanla mənim münasibətimdə üçüncü şəxslərin müdaxiləsi vardı. Sonda başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil” açıqlamasını vermişdi. Daha əvvəl isə Natavan Həbibi həyat yoldaşı ilə bir araya gəlib boşana bilmədiyini demişdi.
- A-
- A
- A+
Şoutaym
11:10 / 20.03.2024
Natavan: “Dado ilə münasibətlərimizdə bölüşməyə bir şeyimiz yoxdur” - VİDEO
Hazırda oxunan: Natavan: “Dado ilə münasibətlərimizdə bölüşməyə bir şeyimiz yoxdur” - VİDEO
Hazırda oxunan: Natavan: “Dado ilə münasibətlərimizdə bölüşməyə bir şeyimiz yoxdur” - VİDEO
183434
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.