“Vəhşi mələk” serialının ulduzu, uruqvaylı aktrisa və müğənni Nataliya Oreyro uzun müddətdən sonra ilk dəfə gizli şəkildə Moskvaya gəlib.
Bizim.Media “Mash” telegram kanalına istinadən xəbər verir ki, Uruqvay - Sankt-Peterburq – Moskva marşrutu üzrə Rusiyanın paytaxtına gələn Oreyro üzünü şərfə bükərək mühafizəçilərin əhatəsində “Leninqradski” stansiyasından keçib.
Ulduz sürətli qatardan sonra qara “Mercedes”ə minərək yola düşüb.
Qeyd edək ki, 2021-ci ildən Nataliya Oreyro rəsmi olaraq Rusiya vətəndaşlığını alıb.
Rəşad Əliyev, Bizim.Media