Xalq artisti Gülyanaq Məmmədova okeanın ABŞ-ə gedib.
Bizim.Media xəbər verir ki, səfərin məqsədi sənətçinin Novruz bayramı ilə əlaqədar bir neçə şəhərlərdə konsert proqramı çıxış etməsi ilə bağlıdır.
Alış-veriş mərkəzlərin birində bir gəncin pianoda ifasını görən Gülyanaq ona yaxınlaşıb.
İngilis dilində mahnı ifa edən gəncə Məmmədova da qoşularaq muğamdan kiçik parça səsləndirib. Gülyanaq səsi və avazı ilə xarici musiqiçini təəccübləndirib.
Həmin anları isə aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşıb.
Sözügedən görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media