Lalə Məmmədova: “Bütün toyu fonoqramla oxumaq ev sahibinin haqqına girməkdir“ - VİDEO

Hazırda oxunan: Lalə Məmmədova: “Bütün toyu fonoqramla oxumaq ev sahibinin haqqına girməkdir“ - VİDEO

183135

“Oxumağa mahnılar çoxdur. Toyda fonoqram oxumaq olar. Məsələn “Bu şəhər ikimizə dar”... O mahnı tamamilə estrada janrındadır. Mən həmin effekti toyda o musiqiçilərlə verə bilməyəcəyəm. Amma bütün toyu fonoqramla ifa etmək qətiyyən olmaz. Belə olan halda toyun sahibinin də haqqına girməkdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, toya konsertə hazırlaşdığı kimi hazırlaşır: 

“Toy yiyəsi öz zövgünə uyğun musiqiçini və ya müğənnini məclisinə çağırır. Toya gedəndə soruşuram ki, hansı bölgədir. Çünki bolgələrimizin musiqi zövqü fərqlidir. Elə toylar olur ki, məclis yiyələri istəyirlər ki, saz, zurna, davul kimi musiqi alətlər səslənsin. Mən konsertə hazırlaşdığım kimi toya da elə hazırlaşıram. Mənim üçün çox məsuliyyətlidir. Bir də insan özü-öz oxuduğundan ləzzət və zövq almalıdır ki, insanlara da onu ötürə bilsin”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin