Röya: “Mən Flora Kərimova ilə küsməmişdim ki, onunla barışım” – VİDEO 

Hazırda oxunan: Röya: “Mən Flora Kərimova ilə küsməmişdim ki, onunla barışım” – VİDEO 

183102

“Mən heç kimlə barışmamışam. Mənim Xalq artisti Flora Kərimova ilə münasibətim çox gözəl idi. Sadəcə medianın bundan xəbəri yox idi. 8 Mart – Beynəlxalq Qadınlar Günündə evinə gedib onun bayramını təbrik etdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Balkanla gecə turu” verilişinə müsahibəsində deyib. 

Sənətçi 8 Mart – Beynəlxalq Qadınlar Günündə Xalq artisti Flora Kərimovanın evinə gedərək onu təbrik etməsindən söz açıb. Röya bildirib ki, F.Kərimova ilə küsülü olmayıb: 

“Bu, barışıq deyil! Flora xanımı harada görmüşəmsə, salamlaşmışam, öpmüşəm, qucaqlamışam və bayramdırsa, bayramını təbrik etmişəm. Bu mənim ürəyimdən keçdi, etdim. Valideynlərim və əzizlərim Bakıda olmadığına görə onların yerinə Flora xanımı seçdim. Hamının adından onu təbrik etdim. Əsla belə düşünməyin ki, mən Flora Kərimova ilə danışmırdım və barışdıq. Xeyr! O mənim hər zaman sevdiyim və istədiyim insan olub. Sadəcə aramızda anlaşılmazlıqlar olmuşdu. Bu da olan şeydir”.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin