Nadir və sağalmaz xəstəlikdən əziyyət çəkən 55 yaşlı dünyaca məşhur ulduz Selin Dion uzun müddətdən sonra üzə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçi oğulları ilə birgə dəbdəbəli villasında çəkdirdiyi yeni fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Şəkildə Dionun 14 yaşlı əkizləri Eddi və Nelson və müğənninin əri və meneceri Rene Angelildən dünyaya gətirdiyi 23 yaşlı Rene-Çarlz yer alıb.
Görüntü izləyicilər tərəfindən maraqla qarşılanıb və çox sayda müsbət şərhlərlə qarşılanıb.
Selin fotonun altındakı rəydə əmin edib ki, bir gün normal həyata qayıdıb yenidən səhnəyə geri dönəcəyinin ümidini itirməyib.
“Övladlarımın, ailəmin, komandamın və hamınızın sevgisinə və dəstəyinə görə sizə ürəkdən təşəkkür edirəm! Eyni xəstəlikdən əziyyət çəkən hər kəsə dəstəyimi bildirmək istəyirəm", - deyə Dion eyni diaqnozu olan insanları sözləri ilə dəstəkləyib.
Qeyd edək ki, son vaxtlar sosial media Selin Dionun sağlamlıq vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Sızan məlumatlarda ifaçının artıq əzələlərini idarə edə bilmədiyini, həmçinin xəstəliyin onu əlil arabasına sürüklədiyini bildirilib. Eyni zamanda, Selinin bacısı sənətçinin sağalmaq ümidini itirmədiyini dəfələrlə bəyan edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:23 / 17.03.2024
Sağalmaz xəstəliyə düçar olan dünya ulduzu oğulları ilə yeni FOTOSUNU PAYLAŞDI
Hazırda oxunan: Sağalmaz xəstəliyə düçar olan dünya ulduzu oğulları ilə yeni FOTOSUNU PAYLAŞDI
Hazırda oxunan: Sağalmaz xəstəliyə düçar olan dünya ulduzu oğulları ilə yeni FOTOSUNU PAYLAŞDI
183010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.