"Qlyukoza" ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan estrada ulduzu Natalya İlyiniçna Çistyakova - İonova Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi Xalq artisti və iş adamı Emin Ağalarovun dəvəti ilə Bakıda qonaq olub.
Qlyukoza Eminin Nardaranda yerləşən ailəvi-istirahət kompleksinə baş çəkib.
Orada ikili birgə çəkilişlər ediblər. Ağalarov həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ötən günlərdə Xalq artistinin təşəbbüsü ilə paytaxtımıza gələn aktyor və müğənni Akeksandr Revvada onlarla birgə həmin çəkilişdə iştirak edib.
Rəşad Əliyev, Bizim.Media