Aparıcı Aytən Səfərova uşaqlıq xatirələrindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda Aytən aparıcısı olduğu "Xəbər ertəsi" verilişində danışıb.
İnternat məktəbində böyüdüyünü söyləyən aparıcı qəhərlənib:
"Nənəm mağazada işləyirdi, bir kürkü var idi, hər axşam onu gözləyirdim ki, cibindən konfet çıxacaq. Onu görəndə mənə bütün dünya xoş gəlirdi, sanki dünya verilirdi. Bir də gəlincik var idi, 3-4 ay o oyuncağı istədim. Yenə də atam, anam yox... İnternat məktəbində böyümüşəm. Müəyyən dövrdə məni nənəm götürərdi. Mənim üçün onun çöhrəsi sevinc idi".
Rəşad Əliyev, Bizim.Media