Ukraynalı Ani Lorak Rusiya vətəndaşlığı üçün müraciət etdi 

Hazırda oxunan: Ukraynalı Ani Lorak Rusiya vətəndaşlığı üçün müraciət etdi 

182734

Xüsusi hərbi əməliyyat boyunca gah Rusiya, gah da Ukrayna tərəfə kürəyini söykəyən ukraynalı müğənni Ani Lorak (əsl adı Karolina Kuek) qətiyyətli addım atıb. 

Bizim.Media “Ria Novosti” nəşrinə istinadən xəbər verir ki, estrada ulduzu 2024-cü ilin fevralında vətəndaşlıq üçün Rusiya Federasiyasına müraciət edib. 

“Karolina Kuek hələ fevral ayında Rusiya vətəndaşlığı üçün müraciət edib”, – məlumatda bildirilib. 

Qeyd edək ki, hələ 2016-cı ildə Rusiya Lorakın vətəndaşlıq almasına kömək etməyi təklif etmişdi, lakin sonra sənətçinin prodüseri Ukrayna pasportunu dəyişmək fikrində olmadığını söyləmişdi.
Bir müddət sonra, 2023-cü ildən Lorak müntəzəm olaraq Rusiya televiziya kanallarının layihələrində iştirak etməyə başladı. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin