Müğənni Mehin Hümbətova ilə aparıcı Zaur Nəbioğlu arasında efirdə qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, hadisə “Rəngarəng səhər” verilişində baş verib.
Belə ki, proqramın aparıcısı Zaur reklamlardan sonra Mehinə “Reklam vaxtı danışdıqlarını söylə. Nə baş verdi? Sənə nə dedilər? Reklamlar artıq bitib, biz efirdəyik. Sadəcə mənə maraqlıdır... Deyirsən ki, kim mənimlə necə danışır...” sözlər ünvanlayıb.
Mehin isə “Nə ilə bağlı? Siz burada hansısa strategiya qurursunuz ki, gəlin birinci Mina Hüseynə (verilişdə qonaq olan müğənni Mina Hüseyn) dəyməyək, filankəsə dəyək...” kəlmələrindən sonra efir rejissoru tərəfindən mikrofonu söndürülüb.
Bundan sonra aparıcının da mikrofonu söndürülüb və tərəflər bir-birinin ünvanına ittihamlar səsləndirib. Canlı efir isə 45 saniyədən artıq səs olmadan yayımlanıb. Söhbətin uzandığı üçün proqram anonsa ardınca isə reklamlara keçib.
Canlı yayımda Mehin ilə Zaur arasında baş verən gərgin dolu anları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media