Nadir Qafarzadə: “Oruc saxlamaq üçün iradəm yoxdur” - VİDEO

Hazırda oxunan: Nadir Qafarzadə: “Oruc saxlamaq üçün iradəm yoxdur” - VİDEO

182363

Müğənni Nadir Qafarzadə növbəti açıqlaması ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində “Ramazan ayı”nda oruc saxlamadığını bildirib.  

Nadir bunun səbəbini iradəsinin zəif olmağında görüb: 

“Oruc saxlamaq üçün iradəm yoxdur. 25-30 il bundan əvvəl idarələrin birində çalışırdım. “Ramazan ayı”nda oruc tutdum və səhər  işə gəldim. Günorta hiss etdim ki, qarnımda “nəfəsli musiqili orkest” çalır. Deyir ki, yemək yeməlisən. O an həyat yoldaşım Sevinc xanıma zəng etdim.  Söylədim ki, ya savabdır, ya günahdır, amma mən orucumu pozdum. Yemək yeyirəm özü də çox böyük iştahla”. 

Qafarzadə insanları imsak və iftarını restoranlarda deyil, ailə ilə bərabər evdə açmağı məsləhət görüb: 

“Hazırda həyat yoldaşım Sevinc xanım, oğlum və gəlinim oruc tutur. Allah qəbul eləsin. Mən də onlara “iftar süfrəsi” verirəm. Deyirəm ki, oruc saxlayanda məni də yada salıb, dua edin. Çalışın iftarınızı evinizdə açın. Bunun çox böyük savabı var. Evdə açılan iftar ruzi, bol, bərəkət gətirir. İnsanlar çox hissəsi indi imsakı və iftarını restoranlarda edir. Amma bu düzgün deyil”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin