Nazilə: “Analar oğullarına bacısı qızlarını alırlar ki, var-dövlət kənara çıxmasın” - VİDEO 

Hazırda oxunan: Nazilə: “Analar oğullarına bacısı qızlarını alırlar ki, var-dövlət kənara çıxmasın” - VİDEO 

182341

Xəbər verdiyimiz kimi, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi müzakirə olunur. 

Bizim.Media xəbər verir ki, şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında videoaçıqlama yayaraq mövzu ilə bağlı izləyiciləri ilə fikirlərini bölüşüb. 

Nazilə ölkəmizdə qohum evliliklərinin qadağan olunması məsələsinə inanmadığını vurğulayıb: 

“Eşitdim ki, Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər. Bu mənim heç ağlıma batmır. Bəzi analar oğlan övladlarına bacısı qızlarını alırlar ki, var-dövlət kənara çıxmasın. Bəli, bunun üçün hətta sənəd üzərində qohumluqdan imtina belə edərlər ki, təki sərvət kənara çıxmasın. Bayquşlar...” 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin