Müğənni Zamiq Hüseynov oğlu Zeyndən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəbər-ətər" verilişində övladının ona "ata" yox, adı ilə müraciət etdiyini bildirib.
"Bir gün Yeni il günü bağçada şənlikdədir. Şaxta babaya yaxınlaşıb, mənə görüntülü zəng vurub. Deyir ki, Zamiq, Şaxta babaya bax. Özü də "ata" sözünü demir. Şaxta baba qayıtdı ki, Zamiq, salam. Oğlum deyir ki, Zamiq, səni tanıdı...", - deyə Zamiq vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media