“Yeni kürəkənimlə münasibətim çox əladır. Ümumiyyətlə, mən kürəkənlərimin hamısından yarımışam. Kürəkənlərimə söz yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultanın anası Svetlana xanım “Rəngarəng səhər” verilişinin canlı efirinə zəng edərkən deyib.
Hər 3 kürəkənindən yarıdığını söyləyən sənətçinin anası onların ona “ana” deyə müraciət etmədiyini bildirib:
“Heç sevmirəm ki, kürəkənlərim mənə “ana” deyərək müraciət etsinlər. Mənə “Sveta xanım” deyə müraciət edirlər və ən əsası hörmətimi saxlayırlar. Mənim 3 kürəkənim var. Mənim üçün 3-ü də əzizdir”.
Səidənin valideyni bildirib ki, qızı onun sözünə baxmır:
“Səidə doğulandan “oğlan fasondur”. O, uşaqlıqdan oğlan kimi böyüyüb. Amma Səidə çox zaman sözümə baxmır. Mən deyəndə ki, belə geyin, qulaq asmır. Mən Səidəyə hansı mahnını oxumağı məsləhət görmüşəmsə, o zaman ondan uğur gəlib və onlar çox sevilir”.
Səidənin anası “Ailə quran qızınıza ana kimi növbəti arzunuz nədir?” sualına “Növbəti arzum Səidə ilə bağlı odur ki, o, övlad sahibi olsun. Belə… Qismət… Onun öz övladı olanda hər şeyi və məni başa düşəcək” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media