Xuraman Şuşalı: “Ailə qurmasaydım, sənətimlə zəngin olardım" - VİDEO

Hazırda oxunan: Xuraman Şuşalı: “Ailə qurmasaydım, sənətimlə zəngin olardım" - VİDEO

182028

“Ailə qurmasaydım, sənətimdə çox öndə gedərdim və zəngin olardım. Ana olandan sonra davranışım, ruhum dəyişdi və bunlar sənətimə təsir etdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Anasının itkisi ilə günü bu gün də barışa bilmədiyini söyləyən sənətçi bunun üçün psixoloqlara müraciət etdiyini vurğulayıb:  

“Hər zaman Allahdan onu istəmişəm ki, kaş ki anam sağ olardı. Həyatımda boşluğum anasızlığımdır. Atasızlığımla barışmışam. Amma anamla vidalaşa bilmirəm. Bu səbəbdən psixoloqların da yanına getmişəm. Lakin alınmır. Anamı itirəndən sonra anladım ki, ananın sevgisini heç bir sevgi ilə əvəz etmək olmur. Yeganə sevgidir ki, o təmənnasızdır. Övladı, işi, var-dövləti tapa bilərik, amma ananı və atanı tapa bilmərik. Bu əvəzolunmazdır. Zamanında və varlığında valideyinlərinizin qədrini bilin”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin