Niyam Salami: “Kommunal xərclərin məsuliyyətini daşıya bilərəm, amma arvadın yox” – VİDEO 

Hazırda oxunan: Niyam Salami: “Kommunal xərclərin məsuliyyətini daşıya bilərəm, amma arvadın yox” – VİDEO 

182009

“Mənə deyirlər ki, evlən. Bunu deyənlər elə başa düşürlər ki, evlənmək bazardan 10 kiloqram ət alıb, bişirib, yeməkdir. Ailə başqa şeydir. Başqa “sudan”, qandan olan bir insanı yanına gətirirsən. Sən o qadına özündən gözəl baxmalı, idarə etməlisan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

Sənətçi evlənməməsinin səbəblərindən söz açıb. Niyam bildirib ki, heç zaman atası kimi bir ailə başçısı ola bilməz: 

“Mənimlə birgə çalışan musiqiçilər və komandam var. Onların aylıq məvacibinin, vergi, kommunal xərclərin məsuliyyətini daşıya bilirəm, amma arvadı daşıya bilmərəm. Mən açıq danışan insanam. Arvadın yanında əsl kişi lazımdır. Mən atam kimi ailə başçısı ola bilmərəm. O, 8 uşaq böyüdüb. Bu çox məsuliyyətli bir məsələdir. Mən belə ola bilmərəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin