8 Mart - Beynəlxalq Qadınlar Günündə Əməkdar artist Könül Kərimovaya efirdə gözlənilməz sürpriz olunub.
Bizim.Media xəbər verir ki, qız nəvəsi Dəniz sənətçinin qonaq olduğu "Rəngarəng səhər" verilişinin canlı yayımına gələrək, onu təbrik edib.
Kərimova qızı Ləmanın övladını gördükdə kövrəlib və onu bağrına basıb. Əməkdar artist "Dəniz mənim nəfəsimdir. Məni bu sürprizlə kövrəltdiniz" sözlərini dilə gətirib.
Qeyd edək ki, K.Kərimovanın Rəşad adlı bir oğlu da var. O isə subaydır.
Rəşad Əliyev, Bizim.Media